Erməni əsirliyində olan Azərbaycan əsgərinin məktubları ailəsinə çatdırılıb

Erməni əsirliyində olan Azərbaycan əsgərinin məktubları ailəsinə çatdırılıb
# 27 sentyabr 2012 13:36 (UTC +04:00)
Bu barədə APA-ya əsirin valideynləri məlumat veriblər.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri bu gün Firuz Fərəcovun ailə üzləri ilə görüşərək əsirdən gətirdikləri 3 “Qızıl Xaç məktub”unu valideynlərinə təqdim ediblər. F. Fərəcov hər üç məktubda atasına, anasına və qardaşına salam yazıb, hər şeyin qaydasında olduğunu bildirib. O, qardaşından Quranı oxumağı xahiş edib.

F. Fərəcov məktublardan birinə əlinin şəklini çəkib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu bu ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR