Aptekdən oğurluq etmək istəyən Ağcabədi sakini tutulub

Aptekdən oğurluq etmək istəyən Ağcabədi sakini tutulub
# 07 noyabr 2012 08:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda aptekdən oğurluq edilməsinin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə saat 00.30 radələrində, Binəqədi rayon Mühafizə İdarəsinin kompyuterləşdirilmiş mühafizə mərkəzinə vətəndaş Şamon Nuriyevə məxsus “Riyad Farm” MMC-nin aptekindən həyəcan siqnalı daxil olub.

Hadisə yerinə əməliyyat qrupu çıxıb. Obyektə baxış keçirilərkən aptekin dam örtüyünə müdaxilə edilməsi faktı aşkar edilib. Aptekin içərisinə baxış keçirilərkən isə stolun altında bir nəfərin gizləndiyi məlum olub. Həmin şəxsin əvvəllər məhkum olunmuş Ağcabədi sakini Anar Həsənov olduğu müəyyənləşib.

Oğurluq məqsədi ilə aptekə girən həmin şəxs saxlanılaraq Binəqədi rayon Polis İdarəsinə təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR