Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Bakı Yanğın-Texniki Məktəbinə qəbul imtahanı keçiriləcək

Avqustun 21-də  Fövqəladə Hallar Nazirliyinin Bakı Yanğın-Texniki Məktəbinə qəbul imtahanı keçiriləcək
# 15 avqust 2008 09:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında nazirliyin tabeliyində olan Bakı Yanğın- Texniki Məktəbində oxumaq arzusunda olan gənclər üçün avqustun 21-də test üsulu ilə qəbul imtahanı keçirəcək. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, imtahan Azərbaycan Texniki Universitetinin 5-ci korpusunda olacaq. Qəbulla bağlı elan Bakı Yanğın - Texniki Məktəbi tərəfindən verilib. Namizədlərə imtahanda 40 sualdan ibarət sual kitabçası təqdim ediləcək. Sualların 20-si “Azərbaycan dili və ədəbiyyatı” (çəki əmsalı 1), 20-si “Riyaziyyat” (çəki əmsalı 2) fənni üzrə olacaq. Ayrılan plan yerlərinin sayına müvafiq olaraq, mümkün 300 baldan çox bal toplayan namizədlər imtahanı uğurla vermiş hesab ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR