Azərbaycanda onkoloji xəstələrə maddi və mənəvi yardım göstərməyə yönələn layihənin icrasına başlanıb
02 oktyabr 2008 11:41 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanda onkoloji xəstəliyin, bu sahədə qanunvericilik və normativ sənədlərin tətbiqi vəziyyətinin öyrənilməsinə, ictimaiyyətin maarifləndirilməsinə, onkoloji xəstə uşaqlar haqqında informasiyaların toplanmasına yönələn layihənin birinci mərhələsinin icrasına başlanıb. Azərbaycan Respublikası Əlilərin Dizayn Assosiasiyası tərəfindən irəli sürülən layihə Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçiriləcək. APA-nın məlumatına görə, Əlilərin Dizayn Assosiasiyasının sədri Solmaz Əzizova bu gün keçirdiyi mətbuat konfransında layihənin I mərhələsinin 5 ay müddətində nəzərdə tutulduğunu bildirib: “Biz bu problemlə üzləşən insanlara, onların ailələrinə maddi və mənəvi yardım edəcəyik. Bu gün dünyada geniş yayılmış xəstəlik olan xərçəng xəstələrinin sayı Azərbaycanda da sürətlə artıb. 2007-ci ildə Azərbaycanda bu xəstəliklə bağlı 24 min 586 nəfər qeydə alınıb, onların 26,6 faizini uşaqlar təşkil edib”. S. Əzizova qeyd edib ki, Xərçəngin Təhlili üzrə Beynəlxalq Agentliyin məlumatına görə, hazırda dünyada 20 milyondan artıq xərçəng xəstəsi var və 2030-cu ilədək onların sayının 2 dəfə artacağı gözlənilir. S. Əsgərovanın sözlərinə görə, Azərbaycanda onkoloji xəstələrə maddi və mənəvi yardım göstərmək məqsədi ilə yaxın günlərdə yeni mərkəzin yaradılması da nəzərdə tutulur.
Sosial
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Elbrus İsaqovun qalıqları Biləsuvarda dəfn olunub - FOTO
15:40
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Lerikdə dəfn olunub - FOTO
15:16
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşən şəhidin qalıqları Ucarda dəfn edilib - FOTO
15:00
22 may 2024
Gəncədə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO
14:49
22 may 2024