Hadı Rəcəbli analara verilən birdəfəlik müavinətin məbləğinin 200 manat həcmində olmasını təklif edəcək

Hadı Rəcəbli analara verilən birdəfəlik müavinətin məbləğinin 200 manat həcmində olmasını təklif edəcək
# 13 noyabr 2008 12:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Sabah Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi müzakirə olunacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli deyib. Fondun büdcəsinin 1 milyard 800 milyon manat həcmində olduğunu söyləyən H. Rəcəbli bildirib ki, uşaq dünyaya gələrkən verilən birdəfəlik müavinətlərin, sanatoriya-kurort məqsədləri üçün ayrılan vəsaitlərin miqdarının artırılması nəzərdə tutulur. Komissiya sədri analara verilən birdəfəlik müavinətin məbləğinin 200 manat həcmində olmasını təklif edəcək. O, ölkə başçısının tapşırığına əsasən pensiyaların baza hissəsinin artırılması üçün 440 milyon manata yaxın vəsaitin dövlət büdcəsindən DSMF-nın büdcəsinə transfer olunduğunu söyləyib. H. Rəcəbli onu da əlavə edib ki, hazırda müzakirə olunan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində süni mayalanma ilə bağlı bənd də yer alıb: “Biz bununla bağlı yeni qanun hazırlayırıq. Çünki bu dəqiqə Azərbaycanda sonsuzluq problemi var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR