Bakı Metropoliteninin stansiyalarının sayı 68-ə çatdırılacaq
26 may 2009 13:17 (UTC +04:00)
Bu haqda “APA-Economics”-ə açıqlamasında məlumat verən Bakı Metropoliteninin rəisi Tağı Əhmədov ildə 1 stansiyanın istifadəyə verilməsinin nəzərdə tutulduğunu qeyd edib. Bu məqsədlə Bakı Metropoliteni İdarəsinə tunel qazan maşının alınması üçün 14 milyon dollar ayrılıb. Yeni avadanlığın istehsal gücü gün ərzində 25 metr tunel qazmağa imkan verir.
O, hazırda yeni texnologiyaların tətbiqi ilə çox orijinal memarlıq işi olan “Azadlıq” stansiyasının inşasının davam etdirildiyini deyib. Stansiyanın bu ilin dekabrında istifadəyə verilməsi nəzərdə tutulur.
T. Əhmədovun sözlərinə görə, yeni tikilən stansiyanın müasir olmasına baxmayaraq, tərtibatında Azərbaycan milli ornamentlərindən geniş istifadə olunub. Bununla yanaşı, stansiyanın tərtibatında Azərbaycanın 22-yə yaxın qədim tarixi abidəsi əksini tapıb.
Qeyd edək ki, hazırda Bakı Metropoliteninin 21 stansiyası və 1 deposu fəaliyyət göstərir.

İnfrastruktur
ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
17:03
10 may 2024
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək
16:48
10 may 2024
AZAL-ın kollektivi Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTO
14:49
10 may 2024
Səfir: Türkiyə şirkətləri bundan sonra da Qarabağda quruculuq işlərində fəal iştirak edəcək
12:34
10 may 2024