Türkiyə Silahlı Qüvvələri beş hərbçisini itirib

Türkiyə Silahlı Qüvvələri beş hərbçisini itirib
# 14 iyul 2009 09:24 (UTC +04:00)
Türkiyə - APA. Türkiyə Silahlı Qüvvələri beş hərbçisini itirib. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Hakkarinin Yüksəkova qəsəbəsində baş verən sursat partlaması nəticəsində 4 əsgər şəhid olub, bir neçəsi yaralanıb. Yaralılar vertolyotlarla Hakkari və Van hərbi hospitallarına çatdırılıb.
Digər bədbəxt hadisə isə Gümüşhanənin Torul qəsəbəsi yaxınlığında baş verib. Hərbi maşının qəzaya uğraması nəticəsində 1 əsgər şəhid olub, 10 əsgər yaralanıb. Qəzaya səbəb güclü yağış nəticəsində yolun sürüşkən olması və görmənin çətinləşməsi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR