Səbayel rayon Məhkəməsi Adnan Hacızadə və Emin Millinin iddiasını təmin etməyib

Səbayel rayon Məhkəməsi Adnan Hacızadə və Emin Millinin iddiasını təmin etməyib
# 23 iyul 2009 12:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Səbayel rayon Məhkəməsində mhkəməsində “Ol” Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadə və “Alumni Network” (AN) Gənclər Şəbəkəsinin təsisçisi Emin Milliyə təzyiqlərlə bağlı iddia ərizəsinə baxılıb. APA-nın məlumatına görə, hakim Famil Nəsibovun sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunmayıb.
Qeyd edək ki, iddiada A.Hacızadə və E.Milli saxlanılan zaman onlarla qeyri-insani rəftar olunduğu, tibbi ekspertizanın təyin olunmadığı və müdafiənin vaxtında təşkilinə şərait yaradılmadığı bildirilirdi.
Xatırladaq ki, A.Hacızadə və E.Milli iyulun 8-də axşam Səbail rayonu ərazisində yerləşən “Lebanes” (“Livan”) restoranında tanımadıqları şəxslərin hücumuna məruz qalıblar. Onlar hadisə ilə əlaqədar Səbail RPİ-nin 9-cu polis bölməsinə müraciət ediblər. Polis onları və onlara hücum edən iki şəxsi araşdırma üçün bölməyə aparsa da, A.Hacızadə ilə E.Millini saxlayıb, digər iki şəxsi isə sərbəst buraxıb. Onların barəsində Cinayət Məcəlləsinin 221.2 (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon Məhkəməsinin 11 iyul tarixli qərarı ilə isə adıçəkilən şəxslər barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR