Almaniya - Azərbaycan matçını yunanıstanlı hakimlər idarə edəcəklər

Almaniya - Azərbaycan matçını yunanıstanlı hakimlər idarə edəcəklər
# 17 avqust 2009 08:42 (UTC +04:00)
Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, sentyabrın 9-da oynanılacaq matçı yunanıstanlı hakimlər idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi 39 yaşlı Anastasios Kakos olacaq. İki gün öncə doğum gününü qeyd edən yunan referi ötən ilin yanvarından FİFA dərəcəsini daşıyır. Ona həmyerliləri Dimitrios Saraidaris, Spridon Trifonas və Dimitrios Kalopoulos kömək edəcək. Görüşün hakim-inspektoru Dani Koren (İsrail), UEFA nümayəndəsi isə Mixail Kassabov (Bolqarıstan) olacaq.

Qeyd edək ki, Almaniya - Azərbaycan oyunu Hannover şəhərinin “AWD-Arena” stadionunda keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR