Kiyev-Gəncə-Kiyev aviareysi fəaliyyətə başlayıb

Kiyev-Gəncə-Kiyev aviareysi fəaliyyətə başlayıb
# 18 avqust 2009 13:01 (UTC +04:00)
Bakı-APA. Ukraynanın “Donbassaero” aviaşirkəti Azərbaycan və Ukrayna arasında aviasiya əlaqələrinin yaxşılaşdırılması məqsədilə Kiyev-Gəncə marşrutu üzrə yeni, mütəmadi reys açıb. Bu barədə APA-ya "Donbassaero” şirkətindən məlumat verilib. Yeni reysin açılması həm də Azərbaycanın Ukraynadakı diasporunun dəstəyi ilə baş tutub. Şirkətdən bildiriblər ki, bu reys yalnız Kiyevdə yaşayan insanlar üçün deyil, həm Azərbaycanın Qərb bölgəsinə səfər edəcək, həm də Odessa, Dnepropetrovsk, Lvov, Xarkov, Donetskdən olan sərnişinlər üçün əsas istiqamətlərdən biri olacaq. Reys avqustun 17-dən etibarən bazar ertəsi günləri (Kiyev-Gəncə: qalxma 13.20, enmə 18.00 (yerli vaxtla), Gəncə-Kiyev: qalxma 19.15, enmə 19.55) yerinə yetiriləcək. Uçuş vaxtı 2 saat 40 dəqiqədir.

Sərnişinlər iki səviyyəli, tərtibatlı, müasir və təhlükəsiz «Airbus 320» laynerinin komfortunu tam şəkildə qiymətləndirə biləcək. Əhalinin müxtəlif kateqoriyaları - gənclər, yaşlı sərnişinlər və ailələr üçün xüsusi tariflər təqdim olunacaq. Yeni reysin fəaliyyətə başlaması ilə Azərbaycan əhalisi və respublikanın qonaqları Kiyevdən Moskva, Təl-Əviv, Praqa, Varşava, Budapeşt, Nyu-York, Toronto istiqamətlərinə uçmaq üçün Borispol hava limanının xidmətlərindən istifadə edə biləcək, həmçinin Ukraynanın şəhərlərinə minimal müddətdə çatmaq imkanı qazanacaqlar. Bu, "Donbassaero"nun Azərbaycan istiqamətində həyata keçirdiyi üçüncü reysidir. Hər cümə bu aviaşirkət Donesk-Bakı və Odessa-Bakı marşrutları üzrə uçuşlar həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR