Azərbaycan Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonunda baş vermiş su basma ilə bağlı açıqlama yayıb
08 oktyabr 2009 09:11 (UTC +04:00)
Nazirliyin İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya verilən məlumatda bildirilir ki, oktyabrın 7-də bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlarda həmin gün yağan yağışlar nəticəsində Hacıqabul şəhərindəki evləri su basdığı, orada yaşayan əhalinin qorxu və təlaş içərisində olduğu qeyd olunub: “Fövqəladə Hallar Nazirliyi bildirir ki, oktyabrın 7-də axşamçağı yağan qısamüddətli yağışlardan sonra Muşovdağ istiqamətindən Hacıqabul şəhərinə doğru axan sular təxminən 80-ə yaxın evin həyətyanı sahəsinə və 30-a yaxın evin zirzəmisinə dolub. Həmin gün axşam radələrində Fövqəladə Hallar Nazirliyinin yerli qurumları tərəfindən şəhərdəki həyətlərə və zirzəmilərə dolan suların çəkilməsinə başlanıb, eyni zamanda, Muşovdağdan şəhərə doğru axan suyun səviyyəsi düşüb. Hazırda Hacıqabulda bütün infrastruktur tam gücü ilə işləyir, əhalinin narahatlığına, qorxu və təlaşına heç bir əsas yoxdur”.
Hadisə
Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib - YENİLƏNİB
11:16
7 may 2024
İsmayıllı-Qəbələ yolunda avtomobil ağaca çırpılıb, ölən var - FOTO - YENİLƏNİB
11:09
7 may 2024
FHN Xırdalanda yaşayış kompleksində şərti yanğın təlimi keçirib, nöqsanlar aşkarlanıb - VİDEO
11:06
7 may 2024
Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürənlər aşkarlanıb
10:45
7 may 2024