Qonşularını bıçaqlayan qardaşların məhkəməsi yekunlaşıb

Qonşularını bıçaqlayan qardaşların məhkəməsi yekunlaşıb
# 16 oktyabr 2009 14:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qonşusunu bıçaqlamaqda təqsirli bilinən iki qardaşın məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilənlər Ramil və Amil Aslanov qardaşlarının cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə R. Aslanov 11 il, A. Aslanov isə 7 il azadlıqdan məhrum ediliblər.

İttihama görə, Gəncə şəhəri Kəpəz rayonu 1-ci mikrorayonda rayon sakinləri Ramil Aslanov və Amil Aslanov qonşuları Xanqulu İmanquliyevə bıçaqla xəsarət yetirib. Araşdırma zamanı hadisənin münaqişə zəminində baş verdiyi müəyyən edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR