“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yanında yaradılmış Ağsaqqallar Şurasının ilk iclası keçirilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yanında yaradılmış Ağsaqqallar Şurasının ilk iclası keçirilib
# 20 oktyabr 2009 15:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yanında yaradılmış Ağsaqqallar Şurasının ilk iclası keçirilib. Qoruq İdarəsindən APA-ya verilən məlumata görə, Ağsaqqallar Şurasına 5 il müddətinə bəstəkar, xalq artisti Xəyyam Mirzəzadə, əməkdar mədəniyyət işçisi Zərifə Salahova, AMEA-nın Rəyasət Heyətinin elmi katibi Fərid Xanlarov, akademik Urxan Ələkbərov, iqtisad elmləri namizədi Səadət Qəndilova, YUNESKO-nun sülhməramlı səfiri Mir Teymur Məmmədov, iş adamı Çingiz Ağazadə, təqaüdçü Asif Məmmədov, Sosialist Əməyi Qəhrəmanı Azər Məlikov seçiliblər.
İclasda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov çıxış edərək son dövrlərdə İçərişəhərdə aparılan işlər və inkişaf strategiyasının əsas istiqamətləri barədə geniş məlumat verib. İclasda qoruğun gündəlik həyatı ilə bağlı cari məsələlər müzakirə olunub, şuranın işinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb. Şuranın iclaslarının rübdə bir dəfə keçirilməsi qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR