YAP nümayəndə heyəti Regionlar Partiyasının XII qurultayında iştirak etmək üçün Kiyevə gedib

YAP nümayəndə heyəti  Regionlar Partiyasının XII qurultayında iştirak etmək üçün Kiyevə gedib
# 23 oktyabr 2009 11:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Ukraynaya səfər edib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Səfərdə məqsəd Ukraynanın Regionlar Partiyasının Kiyev şəhərində bu gün keçirilən XII qurultayında iştirak etməkdir. YAP rəhbərliyi Regionlar Partiyasının dəvəti ilə bu qurultaya qatılıb. Nümayəndə heyətinin tərkibinə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və Milli Məclisin deputatı Rauf Əliyev daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR