Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə silsilə tədbirlər keçirəcək

Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə silsilə tədbirlər keçirəcək
# 24 noyabr 2009 16:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova ilə növbəti il üçün əməkdaşlıq sazişi imzalayıb. APA-nın məlumatına görə, imzalanma mərasimi bu gün Muzey Mərkəzində keçirilib. Tədbirdə çıxış edən ittifaqın sədri Cəmilə Səttarova Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıqdan məmnunluq və şərəf hissini dilə gətirib: “Bu gün imzaladığımız bu sənəd əsasında növbəti il ərzində nazirliklə birgə silsilə tədbirlər həyata keçiriləcək. Bu tədbirlərin həyata keçirilməsi Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə, eləcə də inkişafına yönəldilib. Bu əməkdaşlığın daimi olması bizim üçün çox önəmlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR