Azərbaycan əhalisi ötən il daha çox tərəvəzə pul xərcləyib

Azərbaycan əhalisi ötən il daha çox tərəvəzə pul xərcləyib
# 21 yanvar 2010 12:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən il ərzində Azərbaycan əhalisinə 15,9 mlrd. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ticarət şəbəkəsindən satılmış əmtəələrin müqayisəli qiymətlərlə dəyəri 8,9% artaraq 11,8 mlrd. manata, pullu xidmətlərin həcmi isə 12,5% artaraq 4,1 mlrd. manata çatıb.

İstehlak bazarından alınmış məhsulların 64,5%-ni ərzaq məhsulları, 35,5%-i isə qeyri-ərzaq malları təşkil edib, ərzaq məhsullarının satışı 10,6%, qeyri-ərzaq mallarının satışı isə 4,9% artıb. Ərzaq məhsullarının alınmasına çəkilmiş xərclərin 16,3%-ni tərəvəz məhsulları, 14,9%-ni meyvə və giləmeyvə, 15,6%-ni ət və quş, 7%-ni çörək, 4,5%-ni kərə yağı, 4,4%-ni qənnadı məmulatları təşkil edib. Qeyri-ərzaq mallarının alınmasına ödənilmiş vəsaitin 22,4%-i paltar və trikotaj, 19,7%-i neft məhsulları, 6,2%-i avtomobillər, 6,6%-i ayaqqabı, 7,5%-i elektrik və teleradio avadanlığı, 4,9% tikinti materiallarına sərf edilib.

Qeyd edək ki, əmtəə dövriyyəsinin 99,2%, pullu xidmətlərin isə 72,2%-i özəl bölmə tərəfindən həyata keçirilib.

Ötən ildə ölkənin hər bir sakini ticarət şəbəkəsindən orta hesabla 111,1 manatlıq və ya əvvəlki illə müqayisədə 7,8 manat çox müxtəlif istehlak malları alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR