Kürdəmirdə ər arvadını boğaraq öldürüb

Kürdəmirdə ər arvadını boğaraq öldürüb
# 27 fevral 2010 07:51 (UTC +04:00)
Kürdəmir-Şahnəzər Bəşirov-APA. Kürdəmir rayonunun Dəyirmanlı kənd sakini həyat yoldaşını boğaraq öldürüb. Rayon polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə fevralın 27-də gecə saat 4:00 radələrində Kürdəmirin Yenikənd kəndində baş verib. Dəyirmanlı kənd sakini, 1974-cü il təvəllüdlü Həmidov İkram Müzəffər oğlu Yenikənd kəndində qeyri-qanuni yaşadığı 1970-ci il təvəllüdlü Qurbanova Reyhan Qüdrət qızını boğaraq öldürüb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qatil ər hadisədən sonra könüllü olaraq polis şöbəsinə gedib. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR