Sumqayıtda 6 yaşlı uşaq tonqala düşərək yanıb

Sumqayıtda 6 yaşlı uşaq tonqala düşərək yanıb
# 23 mart 2010 09:29 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda 6 yaşlı uşaq tonqala düşüb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Hadisə ötən gün şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. Novruz bayramı münasibəti ilə keçirilən mərasimdə odun üzərindən atlanan 6 yaşlı şəhər sakini Orxan Muradov tonqala düşüb. Zərərçəkən Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR