Azərbaycan RRB-yə üzv dövlətlərin toplantısında iştirak edəcək

Azərbaycan RRB-yə üzv dövlətlərin toplantısında iştirak edəcək
# 01 aprel 2010 11:55 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan aprelin 2-3-də Qazaxıstanın Astana şəhərində Regional Rabitə Birliyinə (RRB) üzv dövlətlərin informasiya cəmiyyətinin qurulmasına hazırlığı məsələlərinə dair əməkdaşlıq üzrə yüksək səviyyəli İşçi Qrupun, eləcə də RRB-nin İnformasiyalaşdırma üzrə Komissiyasının iclasında iştirak edəcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «APA-Economics»ə bildirib ki, Azərbaycanı tədbirdə RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov təmsil edəcək.

RRB-yə üzv dövlətlərin informasiya cəmiyyətinin qurulmasına hazırlığı məsələlərinə dair əməkdaşlıq üzrə yüksək səviyyəli İşçi Qrupun birinci iclası çərçivəsində yeni yaradılmış strukturun əsas fəaliyyət istiqamətlərinin müəyyən olunması planlaşdırılır. İclas zamanı RRB-yə üzv ölkələrin informasiya cəmiyyətinin qurulması üçün hazırlığına dair istifadəçilərin düzgün statistik məlumatlarla təmin olunması məqsədilə nəzərdə tutulan və beynəlxalq statistik standartlara cavab verən göstəricilərin işlənib hazırlanmasının və unifikasiya olunmasının mümkünlüyü, idarə qərarlarının qəbul olunması sahəsində effektivliyin artırılması məqsədilə vahid idarələrarası informasiya-statistik sistemin formalaşdırılma imkanları, eləcə də İşçi Qrupun fəaliyyətinə dair təşkilati məsələlər müzakirə olunacaq.

RRB-nin İnformasiyalaşdırma üzrə Komissiyasının iclası çərçivəsində isə MDB Hökumət Başçıları Şurası tərəfindən informasiya-kommunikasiya texnologiyaları sahəsində gələcək əməkdaşlıq məsələləri üzrə qəbul olunmuş qərarların icra vəziyyətinə baxılacaq. İclas iştirakçıları RRB-yə üzv dövlətlərdə elektron xidmətlərin inkişafı ilə tanış olacaq, informasiya cəmiyyəti məsələlərinə dair yüksək səviyyəli beynəlxalq görüş (Cenevrə 2003-cü il, Tunis 2005-ci il) çərçivəsində qəbul olunmuş qərarların həyata keçirilməsi, eləcə də İKT-nin tətbiqinin reallaşdırılması və ölkələrin informasiya cəmiyyətinin qurulmasına hazırlığının təmin olunması məqsədilə İşçi Qrupuna köməklik göstərilməsinə dair məsələləri müzakirə edəcəklər. Həmçinin iclas çərçivəsində informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə bağlı digər aktual və mühüm mövzulara toxunulması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR