Arif Vəliyev: «İlin sonunadək Azərbaycanda inflyasiyanın 8%-ə çatacağı gözlənilir»

Arif Vəliyev: «İlin sonunadək Azərbaycanda inflyasiyanın 8%-ə çatacağı gözlənilir»
# 16 aprel 2010 09:55 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yanvar-mart aylarında Azərbaycanda inflyasiya 3,8% olub. Ərzaq məhsulları 2,5%, qeyri-ərzaq məhsulları 1,6%, xidmət tarifləri isə 8,5% bahalaşıb.

Bu ilin mart ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri fevral ayı ilə müqayisədə 1,3% artıb. O cümlədən, ərzaq məhsullarının qiymətləri 2,4% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, xidmət tarifləri 0,3% ucuzlaşıb.

Qeyd edək ki, ötən ilin yekunlarına görə Azərbaycan 1,5%-lik, 2008-ci ildə isə 20,8%-lik inflyasiya qeydə alınıb. Ölkə hökumətinin proqnozlarına əsasən, 2010-cu ilin yekunlarına görə, inflyasiya 3% gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR