Bakıda növbəti dəfə “İstanbul Fashion Show” moda sərgisi keçiriləcək - FOTO

Bakıda növbəti dəfə “İstanbul Fashion Show” moda sərgisi keçiriləcək - <font color=red>FOTO</font>
# 22 iyun 2010 10:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Bakıda növbəti dəfə keçiriləcək “İstanbul Fashion Show” sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, sərgi “Meridyen” Beynəlxalq Sərgi şirkəti, Xarici Ticarət Müştəşarlığı (DTM), Osmanbəy Türk İş Adamları Birliyi (OTİAD), Türkiyə Moda və Hazır Geyim Federasiyası (TMHGF) və Laleli Sənaye iş Adamları Dərnəyinin (LASIAD) birgə təşkilatçılığı ilə baş tutacaq. Sərginin Azərbaycan üzrə koordinatoru Alper Çekic bildirib ki, Azərbaycanda ilk dəfə bu ilin yanvarında keçirilən sərgi bu dəfə iyunun 25-dən 27-ə qədər yerli moda həvəskarlarının ixtiyarında olacaq: “Ötən dəfə sərgi Azərbaycanın bütün bölgələrindən xüsusi maraq gördü və bu dəfə də sərgiyə böyük maraq olacağına ümid edirik. Apardığımız promouşn tədbirlər zamanı əhalinin və bu sahənin peşəkarlarının reaksiyasından da görürük ki, Azərbaycan modaya və gözəl geyimə həvəs nə qədər böyükdür”. A. Çekicin sözlərinə görə, bu dəfə sərgidə Türkiyənin 50-yə yaxın şirkəti qatılacaq.

Tədbirdə Türkiyənin məşhur şirkətlərinə məxsus qadın, kişi və uşaq geyimləri, müxtəlif aksessuarlar sərgilənəcək. Sərgidə Muzaffer Giyim, Akın Tekstil, Egemen Tekstil, Koşem Kundra, La Mirage və başqa markaların məhsulları nümayiş olunacaq.

Onu da bildirək ki, “İstanbul Fashion Show” sərgisinin açılış mərasimi iyunun 25-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində olacaq. Sərgi üç gün burada davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR