Əli Həsənov: “Azərbaycanda seçki proseslərinin beynəlxalq standartlara tam uyğunlaşdırılmasını təmin edəcəyik”
25 iyun 2010 12:13 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib.
Ə. Həsənov bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri konstruktiv şəkildə həyata keçirilir: “Azərbaycanda gedən proseslərin Avropa Şurası standartlarına uyğunlaşdırılması məsələsi, o cümlədən dəyərləndirilməsi hökumətin bilavasitə vəzifələrindən biridir. Düşünürük ki, yeni həmməruzəçi ilə Azərbaycanın müvafiq hökumət qurumları, qeyri-hökumət təşkilatları, o cümlədən AŞPA-da təmsil olunan Azərbaycan nümayəndə heyəti konstruktiv əməkdaşlıq edəcək”.
Azərbaycanın bir sıra məsələlərlə bağlı ATƏT-lə dialoq şəklində fəaliyyət göstərdiyini qeyd edən Ə. Həsənov bu prosesin davamlı olacağını da bildirib: “Biz ATƏT-lə, Avropa Şurası ilə digər beynəlxalq təşkilatlarla da mütəmadi olaraq dialoq aparırıq, bundan sonra da aparacağıq. Eyni zamanda Azərbaycanda bu il keçiriləcək parlament seçkilərində də onların bu və ya digər tövsiyələrini dəyərləndirəcəyik. Seçki praktikasının yaxşılaşdırılmasına yönələn bütün təklifləri nəzərə alacaq və Azərbaycanda seçki proseslərinin beynəlxalq standartlara tam uyğunlaşdırılmasını təmin edəcəyik”.

Daxili siyasət
Əfv Komissiyasının iclasları başa çatıb, 700-dən çox müraciətə baxılıb
17:55
22 may 2024
Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
15:14
21 may 2024
Siyavuş Novruzov: Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər, mitinq kimi təqdim edirlər
12:19
21 may 2024
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
12:16
21 may 2024