Abşeron sakinin meyiti dənizdən çıxarılıb

Abşeron sakinin meyiti dənizdən çıxarılıb
# 26 iyun 2010 11:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Abşeron rayonu Hökməli qəsəbə sakini dənizdə boğulub.

APA-nın Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, hadisə iyunun 25-də Hökməli qəsəbə sakini Səmayə Məmmədova Sumqayıt çimərliyində çimərkən suda boğulub. Mərhumun meyiti dalğıc-xilasedicilər tərəfindən dənizdən çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR