Müasir Müsavat Partiyası ATƏT-in Bakı ofisinin rəhbərinin geri çağırılmasını tələb edir

Müasir Müsavat Partiyası ATƏT-in Bakı ofisinin rəhbərinin geri çağırılmasını tələb edir
# 25 avqust 2010 11:48 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Avqustun 24-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “Parlament seçkilərində KİV-lərin rolu nədir?” mövzusunda keçirilən tədbirə Müasir Müsavat Partiyasının (MMP) dəvət edilməməsi partiya tərəfindən qəzəblə qarşılanıb. MMP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partiya ATƏT-in Bakı ofisini öz fəaliyyətini ikili standartlar üzərində qurmaqda, antidemokratik addımlarda günahlandırıb. MMP ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorelin tutduğu vəzifədən geri çağırılmasını tələb edib. Əks təqdirdə, MMP ATƏT-in Bakı ofisinin qarşısında etiraz aksiyalarına başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR