Çin Yaponiyanı münasibətləri korlamaqda ittiham edir

Çin Yaponiyanı münasibətləri korlamaqda ittiham edir
# 29 oktyabr 2010 22:58 (UTC +04:00)
Bakı-APA. Çin hökuməti Yaponiyanı Vyetnamda keçirilən ASEAN sammit əsnasında iki tərəf arasındakı danışıqlar zamanı tərəqqi şanslarını korlamaqda ittiham edir. Bu barədə APA voanews.com-a istindən xəbər verir. Hanoyda müxbirlərlə danışan Çin xarici işlər nazirinin yardımçısı Yaponiyanı Şərqi Çin Dənizində hər iki ölkənin idda etdiyi adalarla bağlı bəyanatına görə sərt tənqid edib. Çin elçisi deyir ki, yapon hökumətinin adalarla bağlı mövqeyi iki ölkənin rəhbərləri arasındakə görüşə mənfi təsir göstərəcək. Yaponiya rəsmiləri gərginliyin azaldılması məqsədilə baş nazir Naoto Kanın Çin baş naziri Ven Jiabao ilə bir araya gələcəyini xəbər verir. İki ölkə arasında münasibətlər çinli balıqçı gəmisinin iki yapon sahil patrul gəmisi ilə toqquşmasından sonra pisləşib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR