Böyük Britaniya: Google məlumatların qorunması barədə qanunu kobud şəkildə pozub

Böyük Britaniya: Google məlumatların qorunması barədə qanunu kobud şəkildə pozub
# 03 noyabr 2010 22:10 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Google şirkəti Street View layihəsi çərçivəsində britaniyalıların şəxsi məlumatlarını toplayaraq Böyük Britaniyanın məlumatların qorunması barədə qanununu kobud şəkildə pozub. Böyük Britaniyanın informasiya üzrə müvəkkili Kristofer Qrem belə bir bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Böyük Britaniya informasiya idarəsi Google hərəkətlərini yoxlayacaq, lakin şəirkəti cərimələməyəcək.

Oktyabrın sonunda Google ilk dəfə olaraq Street View xidməti üçün əvvəl deyildiyindən daha çox şəxsi məlumat toplandığını etiraf edib. Belə ki, məlumatlar bazasına şəxsi elektron ünvanları və onların parolları daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR