Bakıda Sərnişin avtobusu “Mercedes”lə toqquşub, xəsarət alan var

Bakıda Sərnişin avtobusu “Mercedes”lə toqquşub, xəsarət alan var
# 17 dekabr 2010 06:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün səhər Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Qum adası qəsəbəsi ərazisində qeydə alınıb.

342 saylı marşrutla hərəkət edən sərnişin avtobusu “Mercedes” markalı, 90 HO 396 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində avtomobilin sürücüsü ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Avtobusdakı sərnişinlər arasında isə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR