Bakıda “PAŞA Həyat Sığorta”nın dəstəyi ilə insan resursları forumu keçiriləcək

Bakıda “PAŞA Həyat Sığorta”nın dəstəyi ilə insan resursları forumu keçiriləcək
# 29 oktyabr 2015 14:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “PAŞA Həyat” sığorta şirkətinin dəstəyi ilə bu ilin noyabr ayının 13-də “İnsan Resursları Forumu - Bakı 2015” adlı geniş tədbir keçiriləcək.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, forumda beynəlxalq təcrübə və yerli yanaşmanın vəhdətini dinləmək, eyni zamanda qarşılıqlı fikir mübadiləsi aparmaq üçün ölkənin ən nüfuzlu təşkilat və şirkətlərinin 200-ə yaxın peşəkar HR rəhbərləri bir araya gələcək.

Forumda son illər ərzində Azərbaycanda insan resurslarının idarə edilməsinə artan maraq, bu sahədə olan inkişaf, həmçinin xarici təcrübənin yerli bazarda tətbiqinin nəticələri müzakirə olunacaq.

"Forumun təşkilatçıları PDP və HRENGINEERING-dir.

Tədbirdə iştirak etmək istəyənlər http://hrforum.az/ saytında qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR