ABŞ-da aviaşou zamanı təyyarə qəzaya uğrayıb, pilot ölüb

ABŞ-da aviaşou zamanı təyyarə qəzaya uğrayıb, pilot ölüb
# 18 iyul 2016 03:12 (UTC +04:00)

Bakı-APA. Kanadanın Kold-Leyk şəhərində (Alberta əyaləti) ənənəvi aviaşou zamanı “T-28 Trojan” təlim-tədris təyyarəsi qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində pilot ölüb.

Təyyarə yerə çırpıldıqdan sonra partlayıb. Tamaşaçılardan xəsarət alan olmayıb. Şou çərçivəsində bütün uçuşlar dayandırılıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR