Nazir müavini: "Azərbaycanın İKT sahəsində güclü kadr ehtiyatları mövcuddur"

Nazir müavini: "Azərbaycanın İKT sahəsində güclü kadr ehtiyatları mövcuddur"
# 17 may 2016 13:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycanın İKT sahəsində güclü kadr ehtiyatları mövcuddur". "APA-Economics" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş tədbir zamanı çıxışında bildirib.

Nazir müavini Azərbaycanın İKT sahəsində sahibkarlıq potensialını yüksək qiymətləndirib: "Biz İKT sahibkarlığı deyəndə son nəticələrə nəzər salmalıyıq. Əgər dünənə qədər şirkətlərin layihələrə başlaması üçün bürokratik və maliyyə əngəllər var idisə, hazırda bunların heç biri yoxdur. Dövlətin müəyyənləşdirdiyi bu siyasətə özəl şirkətlər də öz töhfəsini verməkdədir. Hazırda Azərbaycanda vençur xidmətləri göstərən şirkətlər var. Bizim gənclərimizin beynəlxalq səviyyədə tanınması da müsbət amildir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR