Oğurluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Oğurluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 18 fevral 2016 09:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərə hökm oxunub. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Bakı şəhər sakini Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri Ruslan Əhmədov və Ceyhun Muxtarlının hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxslər mobil rabitə operatorlarından birinin Xırdalan şəhərində, Qobu kəndində, Novxanı, Masazır və Güzdək qəsəbələrinin ərazisində yerləşən radio-baza stansiyalarından ümumilikdə 50 ədəd akkumulyator oğurlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR