Azərbaycan paytaxtında evlərdən oğurluq edən gənc yaxalanıb

Azərbaycan paytaxtında evlərdən oğurluq edən gənc yaxalanıb
# 16 sentyabr 2015 07:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqla məşğul olmaqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyunun 6-da Hüsən Əsədova, iyunun 29-da Motodrom yaşayış massivində Sərxan Məmmədova, iyulun 24-də Xocasən qəsəbəsində Asif Hüseynova məxsus evlərdən, pəncərədən daxil olmaqla, 3 min ABŞ dolları, qızıl-zinət əşyaları, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Nuri Behbudov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR