Lerikdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Lerikdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 08 oktyabr 2015 11:42 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Lerikdə 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi verib.

APA-nın cənub bürosunun məlumatına görə, oktyabrın 8-də günorta saatlarında Lənkəran-Lerik şose yolunun 20-ci kilometrliyində, Piran kəndi ərazisində Lerik rayon sakini, 31 yaşlı Kamal Qasimovun idarə etdiyi “Niva” markalı, 43 BA 918 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən onun həmyerlisi, 30 yaşlı Umudvar Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı, 90 CK 347 dövlət nömrə nişanlı minik avtomaşını ilə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü də daxil olmaqla “VAZ-2107” markalı minik avtomobilinin sərnişin, 22 yaşlı Rövşən Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara müvafiq tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.


Hər iki avtomaşına da ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR