“Qarabağ” PAOK-u tarixə sala bilər

“Qarabağ” PAOK-u tarixə sala bilər
# 05 dekabr 2016 09:28 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin rekordunun təkrarlanmasında pay sahibi ola bilər. Apasport.az saytının məlumatına görə, təmsilçimizin mübarizə apardığı J qrupunda qalan komandanın 10 xalla mübarizəni dayandırması mümkündü.

Bu isə turnirin tarixində rekord göstəricinin təkrarıdı. Məsələ ondadı ki, dekabrın 8-də Ağdam təmsilçisi evdə “Fiorentina”nı (İtaliya), PAOK isə Yunanıstanda “Slovan”ı (Çexiya) məğlub etsə, hər üç komandanın 10 xalı olacaq.

Belə vəziyyətdə ya Florensiya, ya da Saloniki təmsilçisi 1/16 finala həsrət qalacaq. Avropa Liqasının indiki formatda keçirildiyi 2009-cu ildən indiyədək daha çox xalla qrupda qalan olmayıb.

İndiyədək 6 komanda bu acı taleyi yaşayıb. “Birmingem Siti” (İngiltərə), PSJ (Fransa), “Tottenhem” (İngiltərə) 2011/12 mövsümündə 10 xalla qrupdan çıxa bilməmişdi. “Yanq Boyz” (İsveçrə) 2012/13, “Lokeren” (Belçika) və “Sparta” (Çexiya) 2014/15 mövsümündə belə uğurlu çıxış fonunda 1/16 finaldan kənar qalıb.

Ümumilikdə, avrokubokların mütləq rekordu isə Çempionlar Liqasında qeydə alınıb. PSJ (Fransa) 1997/98, “Napoli” (İtaliya) 2013/14 mövsümündə belə halla üzləşib. Lakin fransalılar 2-ci yerlə buna üzülüb. Çünki həmin vaxt ən yaxşı nəticəyə malik 2-ci yer sahibləri mərhələ adlayırdı.

Qeyd edək ki, “Qarabağ”ın qrupunda hər 3 komandanın 10 xalı olsa, PAOK-un qrupda qalmamağı üçün təmsilçimiz 6 top fərqi ilə qələbə qazanmalıdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR