Bank Of Baku

Azərbaycanda ictimai iaşə dövriyyəsi 21%-dən çox artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 21%-dən çox artıb
# 17 fevral 2025 18:42 (UTC +04:00)

Ötən ay Azərbaycanda ictimai iaşə dövriyyəsi 187,9 milyon manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21,2% çoxdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,3%- hüquqi şəxslərin, 49,7%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,7% artaraq 93,6 milyon manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR