Paşha Bank
Bank Of Baku

Xüsusi nümayəndə: Ağdamdakı "İmarət" Kompleksi artıq turizm məkanına çevrilir

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov

© APA | Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov

# 27 oktyabr 2026 17:35 (UTC +04:00)

Ağdamdakı "İmarət" Kompleksi artıq sadəcə, tarixi abidə deyil, insanların və turistlərin ziyarət etdiyi məkana çevrilib.

APA xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinin əsas məqsədlərindən biri tarixi və mədəni irs nümunələrinin yenidən həyata qaytarılmasıdır.

“İmarət Kompleksinin nümunəsində biz deyə bilərik ki, artıq bu, bir qoruqdur. Ora gün ərzində çox sayda turist gəlir. Xarici qonaqlar da gəlib oranı ziyarət edirlər. Onlar Qarabağın tarixi, Qarabağ xanlığı və İmarət kompleksi haqqında məlumatlarla tanış olurlar”, - Emin Hüseynov bildirib.

Xüsusi nümayəndə qeyd edib ki, bu yanaşma digər tarixi və mədəni irs məkanlarında da tətbiq olunacaq. Onun sözlərinə görə, məqsəd bərpa edilən tarixi məkanların yalnız qorunub saxlanılması deyil, həm də onların ictimai və turizm həyatının bir hissəsinə çevrilməsidir.

E.Hüseynov vurğulayıb ki, Ağdam "İmarət" Kompleksi kimi məkanların bərpası Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə mədəni irsin qorunmasına verdiyi önəmin göstəricisidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR