Bakı-2015: su polosu yarışlarında növbəti oyunlar keçirilib

Bakı-2015: su polosu yarışlarında növbəti oyunlar keçirilib
# 14 iyun 2015 20:08 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, kişilərin yarışında II, qadınların mübarizəsində III turun qarşılaşmaları baş tutub.

Kişi komandaların yarışında çıxış edən Azərbaycan millisi 2-ci oyununda da məğlub olub. İlk turda Rumıniyaya 6:9 hesabı ilə uduzan komandamız Macarıstanla görüşdən də xalsız ayrılıb – 3:23.

Macarıstan ardıcıl 2-ci qələbəylə B qrupunun vahid lideri olub. İtaliya, İspaniya və Yunanıstan yığmaları da itkisiz irəliləyir.

Qadınların mübarizəsində isə yalnız iki komanda xal itirməyib. Öz qruplarında vahid liderliyi ələ alan Macarıstan və Rusiya növbəti mərhələyə vəsiqəni böyük ölçüdə həll edib.

14 iyun

Su polosu, kişilər

A qrupu

Ukrayna – Fransa – 3:12

İtaliya – Rusiya – 9:8

B qrupu

Rumıniya – Almaniya – 5:10

Macarıstan – Azərbaycan – 23:3

C qrupu

Türkiyə - Yunanıstan – 3:11

Monteneqro – Xorvatiya – 11:11

D qrupu

Malta – Slovakiya – 8:15

Serbiya – İspaniya – 9:10

Qadınlar

A qrupu

Almaniya – İsrail – 10:1

Hollandiya – Böyük Britaniya - 19:6

Macarıstan – Yunanıstan – 11:10

B qrupu

İtaliya – Serbiya – 17:4

Slovakiya – Fransa – 9:5

Rusiya – İspaniya – 12:8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR