Bank Of Baku

Belçikalı səyyah: Beynəlxalq ictimaiyyətin minatəmizləmə ilə bağlı Azərbaycana dəstək olmaması yaxşı hal deyil

Yves Bouvie

© APA | Yves Bouvie

# 28 oktyabr 2024 12:45 (UTC +04:00)

“Bu, mənim Azərbaycanın azad eilən ərazilərinə üçüncü səfərimdir. İlk gəlişimdən ötən müddətdə burada kifayət qədər irəliləyişin olduğunu müşahidə etdim”.

APA xəbər verir ki, bunu azad edilən ərazilərə səfər edən “Piki Reels” səyyahlar klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie bildirib.

O, qeyd edib ki, qısa müddətdə bu ərazilərdə tikinti işləri aparılıb: “Səfərim çərçivəsində minatəmizləmə prosesini də izləyə bildim. Bu, çox böyük bir işdir. Mənə dedilər ki, işğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən 1 milyon ədəddən çox mina basdırılıb. Hazırda isə Azərbaycan ərazisində minatəmizləmə həyata keçirilir. Beynəlxalq ictimaiyyətin bu məsələdə Azərbaycana dəstək olmaması heç də yaxşı hal deyil. Düşünürəm ki, onlar bu yolda çox şey edə bilərdi”.

Fərid Azəri

Elgün Gəncimsoy

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR