Bakı 2015 Avropa oyunlarının məşəli Şirvanda qarşılanıb - FOTOSESSİYA - VİDEO

Bakı 2015 Avropa oyunlarının məşəli Şirvanda qarşılanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 05 may 2015 12:55 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli Neftçala rayonundan sonra Şirvan şəhərinə gətirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, paytaxtdakı Bakıdakı Atəşgahda alovlandırılan məşəl Şirvan şəhərinin giriş qapısında yerləşən bayraq meydanında qarşılanıb.

Şirvanda məşəl estafeti saat 14:20-da start götürüb. Məşəli qəbul edən Şirvan şəhər Mədəniyyət İdarəsinin rəqs dərnəyinin müəllimi Cavid Ziyadi 10 həmkarı ilə birgə yürüşü davam etdirib. 3800 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər məşəli şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyev meydanına çatdırıblar. Burada Şirvan şəhər 12 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aydın Əliyev məşəli Meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı yandırıb.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Daha sonra Şirvan şəhər sakini, karate üzrə dünya çempionu Fərid Abbasov Avropa Oyunlarının sonuna qədər saxlamaq üçün simvolik çırağı təhvil alıb.

Yarışın rəmzi Şirvandan Hacıqabul rayonuna yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR