Kvemo Kartli qubernatoru: “Ermənistanda saxlanılan Turqay Mikayılov bir həftəyə ailəsinə qovuşacaq”

Kvemo Kartli qubernatoru: “Ermənistanda saxlanılan Turqay Mikayılov bir həftəyə ailəsinə qovuşacaq”
# 18 avqust 2015 16:09 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. İyulun 23-dən Ermənistanda saxlanılan Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd sakini, üç uşaq atası Turqay Mikayılov bir həftəyə evində olacaq.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Kvemo Kartli bölgə qubernatoru Paata Xizanişvili deyib: “Bu məsələ ilə bağlı dövlət rəsmiləri ilə danışmışam. Biz heç vaxt imkan vermərik ki, Gürcüstan vətəndaşı olan hər hansı bir insan, o cümlədən Turqay Mikayılov diqqətdən kənar qalsın və onların hüquqları pozulsun. Gürcüstan dövləti öz vətəndaşlarının hüquqlarını müdafiə etməyə hazırdır”.


Qubernator T. Mikayılovun necə və hansı şəraitdə Ermənistan ərazisində saxlanıldığının araşdırıldığını da söyləyib: “Dəqiq deyirəm ki, bir həftəyə Turqay Mikayılov ailəsinə qovuşacaq”.

P. Xizanişvili T. Mikayılovun ailəsinə baş çəkildiyini və onlara yardım ayrıldığını da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR