Qəbələ rayonunun bəzi kəndlərində evləri su basıb

Qəbələ rayonunun bəzi kəndlərində evləri su basıb
# 10 iyun 2015 10:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Qəbələ rayonunda bəzi kəndləri su basıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 7-də yağan yağışlar səbəbindən Tikanlı, Qaraçay və Həmzəli çaylarında suyun səviyyəsinin qısa müddətli artması nəticəsində Qəbələ rayonunun Qəmərvan, Tikanlı, Mirzəbəyli, Xırdatala, İmamlı kəndlərində və Bum qəsəbəsində bəzi fərdi yaşayış evlərin həyətyanı sahələrini su basıb.

Qeyd olunan ərazilərə nazirliyin Şimal-Qərb regional mərkəzinin xilasediciləri və müvafiq texnikası cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Görülmüş tədbirlər nəticəsində fərdi yaşayış evlərin zirzəmisinə yığılmış su və lil təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR