Azərbaycanlı alimin Türkiyədə “erməni ideologiyası”na dair kitabı çıxıb

Azərbaycanlı alimin Türkiyədə “erməni ideologiyası”na dair kitabı çıxıb
# 21 aprel 2015 10:05 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbuldakı “Ekim” nəşriyyatı Kayseri Universitetinin dosenti Qafar Çaxmaqlının “Ermeni düşünce sistemi ve ideolojileri” adlı kitabını çap edib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, 232 səhifəlik kitabın annotasiyasında kitab və müəllifi barədə aşağıdakı məlumat əksini tapıb:

“Tədqiqatçı-yazar, qədim və müasir erməni dili mütəxəssisi Qafar Çaxmaqlı Mehdiyevin “Erməni düşüncə sistemi və ideologiyaları” adlı bu kitabı erməni tarixində və milli sivilizasiyasında “Armenizm”in mənşəyinin araşdırılaraq ortaya qoyulduğu yeganə kitabdır. İndiyə qədər nə Ermənistanda, nə digər ölkələrdə, o cümlədən Türkiyədə ən qədim zamanlardan bu günə qədər “ermənilik” ideologiyasının mənşəyi sistemli şəkildə tədqiq edilməyib. Bu kitabında tədqiqatçı “Armenizm”i (Erməniliyi), erməni tarixi və mədəniyyətindən fərqli düşünməyin və xristian ideologiyasının ruhundan kənarda görməyin mümkün olmadığını vurğulayıb. Bilik və inanışlar sistemi kimi “Ermənilik” (“Armenizm”) də ideologiya ilə yüklüdür və qarşısına özünüqoruma məqsədi qoyub. Bundan əlavə, bu ideologiyanı tarix boyunca erməni millətinin “dövlət” anlayışı ruhunda formalaşdırmağa meylli qüvvələr olub. Tarixdə ermənilərin heç vaxt müstəqil dövləti olmadığına görə, həmişə ideologiyanı bu məfhum üzərində qurublar və öz millətini qoruyub saxlamaq istəyən ermənilər bu ideologiya üzərində başqa ideologiyalarını da formalaşdırıblar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR