Bank Of Baku

İctimai iaşə dövriyyəsi 18%-ə yaxın artıb

İctimai iaşə dövriyyəsi 18%-ə yaxın artıb
# 15 aprel 2025 10:51 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 561,3 milyon manat olub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,6% çoxdur.

Birinci rübdə özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,9%-i hüquqi şəxslərin, 49,1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 17,5% artaraq 282,8 milyon manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR