Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 371,9 milyon manat olub.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% çoxdur.
İki ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,2%-i hüquqi şəxslərin, 49,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 19,2% artaraq 184,8 milyon manat olub.