ABŞ xüsusi təyinatlıları Suriyada İŞİD liderlərindən birini məhv edib

ABŞ xüsusi təyinatlıları Suriyada İŞİD liderlərindən birini məhv edib
# 16 may 2015 19:37 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı İŞİD liderlərindən biri Əbu Səyyaf məhv edilib, onun həyat yoldaşı Ümm isə saxlanılıb.

Məlumata görə, Əbu Səyyaf İŞİD-in əsas gəlir mənbəyi olan neftin Suriya və İraqda qanunsuz hasilatının əsas əlaqələndiricilərindən biri olub. O həmçinin İŞİD-in hərbi əməliyyatlarında da iştirak edib. Əbu Səyyafın saxlanılan həyat yoldaşının da terror fəaliyyəti ilə məşğul olduğu bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR