APA-nın əməkdaşı Tehranda keçirilən 22-ci beynəlxalq mətbuat sərgisində çıxış edib

APA-nın əməkdaşı Tehranda keçirilən 22-ci beynəlxalq mətbuat sərgisində çıxış edib
# 08 noyabr 2016 12:54 (UTC +04:00)

APA İnformasiya Agentliyinin Tehran bürosunun rəhbəri Süleyman Fərzəliyev Tehranda keçirilən 22-ci Beynəlxalq Qəzet və Xəbər Agentlikləri sərgisində çıxış edib.

S. Fərzəliyev İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin dəvəti ilə sərgi çərçivəsində keçirilən konfransda çıxış etmək üçün dəvət olunub. O, çıxışında əsasən Dağlıq Qarabağ münaqişəsi və İran mətbuatının Ermənistanın müsəlman ölkəsi olan Azərbaycan Respublikasının ərazisini işğal etməsi ilə bağlı məlumatlarn İran xalqına doğru-düzgün çatdırmasının zəruriliyindən danışıb.

S. Fərzəliyev "APA Holdinq" haqqında da məlumat verib. APA-nın Azərbaycanın və bölgənin nüfuzlu media orqanlarından olduğunu qeyd edən S. Fərzəliyev holdinqin fəaliyyət istiqamətləri haqqında məlumat verib, habelə Azərbaycan mətbuatı barədə ətraflı məlumat verib.

APA-nın Tehran bürosunun rəhbəri çıxışında Azərbaycan-İran münasibətlərinə də toxunub, iki ölkə prezidentinin görüşlərinin əhəmiyyətini vurğulayıb, iki ölkə KİV-inin əlaqələrin inkişafındakı rolundan danışıb.

Çıxışdan sonra İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin Xarici Media idarəsinin baş direktoru Məhəmməd Cəfər Safi S. Fərzəliyevə çıxışına görə xüsusi təşəkkür edib.

APA-nın Tehran bürosunun rəhbəri İranın "Tasnim", İSNA və digər xəbər agentliklərinin pavilyonlarında qonaq olub, həmin agentliklərin rəhbərləri ilə müzakirələr aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR