QDİƏT Baş katibi: Azərbaycana gələn turistlər buradan məmnun ayrılır

QDİƏT Baş katibi: Azərbaycana gələn turistlər buradan məmnun ayrılır
# 22 aprel 2024 11:37 (UTC +04:00)

Azərbaycana səfər edən turistlər bu ölkədən məmnun ayrılır.

"APA-Economics" xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanda turizm sektorunun hər il inkişaf etdiyini qeyd edib:

"Bu inkişafın nəticələri göz qarşısındadır. Azərbaycanda dəfələrlə səfərdə olmuşam. Turizm sahəsində görülən işlər təqdirə layiqdir. Ümid edirəm ki, zaman keçdikcə ölkədə turizm sektoru dünya üzrə ən qabaqcıl pillələrə yüksələcək", - deyə Baş katib əlavə edib.

Əşrəf Mehdiyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR