Ötən il "AzRe Təkrarsığorta"nın aktivləri azalıb

Ötən il "AzRe Təkrarsığorta"nın aktivləri azalıb
# 28 mart 2018 07:46 (UTC +04:00)

"AzRe Təkrarsığorta" ASC ötən il aktivlərini azaldıb. "APA-Economics" şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, " AzRe Təkrarsığorta"nın cəmi aktivləri 2016-cı il ilə müqayisədə 1,38% azalaraq 102 mln. 166 min 577,59 manat olub.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 38 mln. 599 min 230,12 manat, qısamüddətli aktivləri 63 mln. 567 min 347,47 manat təşkil edib.

İl ərzində şirkətin cəmi öhdəlikləri 13,32% azalaraq 24 mln. 824 min 49,68 manat olub. 2017-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 24 mln. 578 min 061,55 manat, qısamüddətli öhdəlikləri isə 245 min 988,13 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı sabit qalaraq artaraq 50 mln. manat, cəmi kapitalı isə 2,45% artaraq 77 mln. 342 min 527,91 manat təşkil edib.

2017-ci ildə "AzRe Təkrarsığorta"nın cəmi gəlirləri 54 mln. 637 min 551,79 manat, cəmi xərcləri 28 mln. 825 min 720,52 manat olub.


Şirkət ötən ili 25 mln. 811 min 831,27 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR