“Qala Sığorta” daxilolmaların 9,3%-ni ödənişə yönəldib

“Qala Sığorta” daxilolmaların 9,3%-ni ödənişə yönəldib
# 12 iyul 2018 07:48 (UTC +04:00)

“Qala Sığorta” 2018-ci ilin yanvar-iyun ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən "APA-Economics"ə verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən bu ilin ilk 6 ayında “Qala Sığorta” şirkətinin peşəkar satış komandası tərəfindən 7 mln. 434 min 983 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2 mln. 827 min 909 manat və ya 61,2% çoxdur.

Hesabat dövründə yığımlarla yanaşı, ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, 2018-ci ilin ötən 6 ayı ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 687 min 478 manat sığorta ödənişi verilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 70 min 975 manat olub. İllik müqayisədə sığorta ödənişlərinin həcmi 616 min 503 manat və ya təxminən 9,7 dəfə artım olub. Bununla belə şirkət bu ilin I yarısında sığorta daxilolmalarının 9,25%-ni ödənişə yönəldib.

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR