Brokerlər Azərbaycan Brokerlər Assosiasiyasının aktiv fəaliyyətinin bərpa olunması təklifi ilə çıxış edib

Brokerlər Azərbaycan Brokerlər Assosiasiyasının aktiv fəaliyyətinin bərpa olunması təklifi ilə çıxış edib
# 15 iyul 2014 09:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Brokerlər Assosiasiyasının aktiv fəaliyyətinin bərpasının vaxtı gəlib çatıb. Ölkədə fəaliyyət göstərən broker şirkətləri və Bakı Fond Birjası da Assosiasiyanın aktiv fəaliyyət göstərməsinin tərəfdarıdır.

APA-Economics”in məlumatına görə, bu fikri broker şirkətlərinin birgə görüşündə “InvestAZ”, “Texnika Kapital Menecment” və “Çelsi Kapital” kimi broker şirkətləri və Bakı Fond Birjasının sədri Fariz Əzizov dəstəkləyiblər.

Brokerlər qeyd edib ki, Azərbaycandakı brokerlərin işləyən assosiasiyasına ehtiyacı var. Bazarın inkişafı, problemlərin həll edilməsi üçün broker şirkətlərinin əlaqələndirilməsi, onların təkliflərinin dövlət orqanlarına çatdırılması üçün Assosiasiyanın aktiv fəaliyyəti zəruridir. Onların fikrincə, Assosiasiya səviyyəsində yeni qanunlar işləyib hazırlamaqla brokerlərin qarşısına çıxan çətinlikləri aradan qaldırmaq olar.

Görüşdə iştirak edən Bakı Fond Birjasının İdarə Heyətinin sədri Fariz Əzizov bildirib ki, artıq brokerlərin assosiasiyası mövcuddur və onu aktivləşdirməyin vaxtı gəlib çatıb. “InvestAZ” şirkətinin rəhbəri Elşən Quliyev bildirib ki, rəhbərlik etdiyi şirkət yer, texniki və kadr imkanlarını Azərbaycan Brokerlər Assosiasiyasının aktiv fəaliyyəti üçün ayırmağa hazırdır: “Biz problemlərimizi bilirik, indi həmin problemləri bir-bir sıralayıb həll etməyin zamanıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR